QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin mətbuat katibi Həsən Kaşkavi ABŞ-la müzakirələr üçün daha əlavə təkliflərinin olmadığını deyib.
Kaş kavinin sözlərinə görə, Tehran və Vaşinqton arasında danışıqlar yekunlaşıb, amma diplomatik təmas imkanları hələ qüvvədədir. O, tərəflərin “danışıqlardan sonrakı mərhələ” adlandırdığı prosesə başladığını bildirib.
“Yeddi şərtimizi təqdim etmişik və ABŞ-la müzakirə edəcəyimiz başqa heç nə qalmayıb”, – deyə Kaşkavi vurğulayıb.