İran hava hücumundan müdafiə bölmələri hərbi əməliyyatlar zamanı vurulmuş və ələ keçirilmiş döyüş texnikasını nümayiş etdirib.

Görüntülərdə martın 4-də vurularaq ələ keçirilən və 923 seriya nömrəsinə malik olduğu göstərilən zədələnməmiş Hermes 900 pilotsuz uçuş aparatı yer alıb.

Həmçinin təqdim olunan materiallarda F-15E Strike Eagle qırıcı‑bombardmançı təyyarəsinin qalıqları, MQ-9 Reaper və MQ-1C Gray Eagle pilotsuz aparatlarının parçaları, BƏƏ istehsalı Yabhon H kamikadze dronlarının fraqmentləri və AGM-158 JASSM qanadlı raketlərinin qalıqları əks olunub.

Görüntülər arasında LUCAS kamikadze dronlarında quraşdırılmış Starlink terminallarının da nümayiş etdirildiyi bildirilib.