QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, İran nüvə proqramı barədə təklifini Qətər vasitəsilə ABŞ-yə göndərib.
“Reuters”in adı açıqlanmayan yüksək vəzifəli İran rəsmisinə istinadla yaydığı məlumata görə, təklif yalnız ABŞ İranın daha əvvəl irəli sürdüyü yeddi tələbi yerinə yetirərsə müzakirə edilə bilər.
Agentliyin mənbəsi bildirib ki, Vaşinqton hazırda təklifi nəzərdən keçirir. Sənədin konkret məzmunu barədə isə hələlik məlumat yoxdur.
Bundan əvvəl “Axios” yazmışdı ki, Prezident Donald Tramp ABŞ Konqresi seçkilərindən sonra ilk iclasını İran məsələsinə həsr edib və hadisələrin mümkün inkişafı ilə bağlı üç ssenarini müzakirə edib.