QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əli Abdullahi ABŞ-yə ünvanlanan açıqlamasında sərt fikirlər səsləndirib.
O, İran Hərbi Dəniz Qüvvələrinin ABŞ-nin dəniz qüvvələrinə qarşı təsirli əməliyyatlar apardığını və uğurlar qazandığını bildirib. Abdullahi “ABŞ-ni Cənub qütbünə qədər geri çəkilməyə məcbur edəcəyik. Amerikalılar bu addımımızı gözləsinlər”, – deyə vurğulayıb.
General ölkəsinin hazırda dünyanın iki böyük gücünə qarşı müqavimət göstərmək imkanında olduğunu söyləyib. Onun sözlərinə görə, İran xalqı və ordusu müharibə ilə bağlı çətin sınaqdan uğurla keçib. Abdullahi düşmən peşman olana qədər əməliyyatların davam etdirilməsinin vacibliyini də qeyd edib.