QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatında 5,0 maqnitudalı zəlzələ baş verib.
ABŞ Geoloji Xidmətinin (USGS) yaydığı məlumata əsasən, yeraltı təkanların episentri Pinnakls Milli Parkının 10 kilometr şimal-qərbində qeydə alınıb. Zəlzələ 6,7 kilometr dərinlikdə olub.
Hadisədən sonra sunami xəbərdarlığı verilməyib.