QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, 2026-cı ilin ilk doqquz ayında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1 173 manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, orta aylıq nominal əməkhaqqı mədənçıxarma sənayesində, maliyyə və sığorta sahələrində, informasiya və rabitə sektorunda, peşə, elmi və texniki fəaliyyət istiqamətlərində, habelə nəqliyyat və anbar təsərrüfatında daha yüksək qeydə alınıb.