QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, noyabrın 16-dan 17-nə keçən gecə Krım körpüsünə hücum zamanı “Flamingo” qanadlı raketlərindən istifadə olunub.
Bu barədə Denis Ştilerman danışıb. O, Anton Geraşenkonun paylaşdığı, raketin üzərindəki kamera ilə qeydə alınan videonu şərh edərkən raketlərin tətbiq edildiyini bildirib.
Kadrlarda raketin Kerç boğazı üzərində yerləşən körpüyə çırpılmasından əvvəlki uçuş marşrutu görünür.
Hücumdan əvvəl müvəqqəti işğal altındakı Krımda raket təhlükəsi barədə xəbərdarlıqlar yayılıb. Birinci məlumat saat 00:56-da, sonrakılar isə 03:52 və 05:03-də elan edilib.