QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Kürdəmirdə baş verən yol qəzasında dörd nəfər xəsarət alıb.
Hadisə rayonun Şilyan kəndində qeydə alınıb. Göyçay sakini, 2006-cı il təvəllüdlü Rəsul İsmayılovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
Qəzada sürücü ilə yanaşı, sərnişinlər — Göyçay sakinləri, 1993-cü il təvəllüdlü N.Məmmədov, 2002-ci il təvəllüdlü İ.Məmmədova və 2025-ci il təvəllüdlü L.Məmmədova xəsarət alıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.