QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Kür çayı və Qudyalçayda batan iki nəfərin axtarışını davam etdirir.
Axtarılanlardan biri 1963-cü il təvəllüdlü Yaqub Məmmədovdur. Onun noyabrın 22-də Qazax rayonunun Birinci Şıxlı kəndi yaxınlığında Kür çayında batdığı ehtimal olunur. Digər şəxs isə 1997-ci il təvəllüdlü Quba sakini Xəyal Muradovdur.