QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsi ekoloji cinayətlərin qarşısını almaq üçün profilaktik tədbirləri davam etdirir.
Su Polisi və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşlarının birgə reydi zamanı “Şərbət gölü” adlanan su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olduqları bildirilən M.Məmmədov və Y.Alıyev saxlanılıblar. Onlardan qadağan olunmuş müxtəlif ov alətləri və qanunsuz tutulmuş balıqlar götürülüb.
Fakt üzrə araşdırma aparılır.