QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Bakının Xəzər rayonunda keçirilən əməliyyat zamanı qanunsuz dövriyyədə olan pirotexniki vasitələr aşkarlanıb.

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları əməliyyat tədbiri çərçivəsində Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçiriblər. Avtomobildə 5 adda, ümumilikdə 1624 ədəd müxtəlif növ pirotexniki vasitə tapılaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.