QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner Ukrayna Silahlı Qüvvələrinin genişmiqyaslı müharibə başlayandan sonra xeyli gücləndiyini deyib. Onun sözlərinə görə, ordu hazırda dünyanın ən güclülərindən biridir.

Kuşner bu fikirləri Berlində keçirilən “Könüllülər koalisiyası” görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında səsləndirib. O, indiki Ukraynanın 2022-ci ildə Rusiyanın hücumuna məruz qalan ölkədən ciddi şəkildə fərqləndiyini vurğulayıb.

Açıqlama Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində beynəlxalq danışıqlar davam etdiyi vaxt verilib.