QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakıda yerləşən “Olimp Hospital”da tibbi müayinə zamanı ürəyi dayanan pasiyent həkimlərin müdaxiləsi ilə həyata qaytarılıb.

Pasiyent ürək damarlarının müayinəsi üçün angioqrafiya proseduruna daxil olub. Müayinə zamanı onun ürəyi qəfil dayanıb və tibbi heyət dərhal reanimasiya tədbirlərinə başlayıb.

Həkimlər təxminən 30 dəqiqə fasiləsiz ürək masajı aparıb, koordinasiyalı müdaxilə ediblər. Nəticədə pasiyentin ürək fəaliyyəti bərpa olunub.

Klinika hadisənin kritik anlarını və pasiyentin həyata qaytarılması prosesini əks etdirən görüntüləri ictimaiyyətə təqdim edib.