QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Londonda 2011-ci ildə 999 illik müqavilə ilə alınmış, 10 milyon funt sterlinq dəyərindəki mənzilin Kəmaləddin Heydərovun ailə üzvləri ilə bağlı olduğu bildirilir.
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun yazdığına görə, mənzil Britaniya Vircin adalarının Tortola adasında qeydiyyatda olan əmlak şirkətinin vasitəçiliyi ilə əldə edilib.
Əmlak üzərində sahiblik hüququ 10 noyabr 3010-cu ildə başa çatır. Müqavilədə göstərilən leasehold forması İngiltərədə əmlaka müəyyən müddət sahiblik etmək və ondan istifadə etmək hüququ yaradır. Müddət tamamlandıqda hüquqlar mülkiyyətçiyə — freeholder-ə keçir.