QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan astroloji paylaşımda bəzi insanların 2027-ci ildə həyatlarında ciddi dəyişikliklərlə üzləşə biləcəyi bildirilir. İddiaya görə, iş, münasibətlər və gələcək planları ilə bağlı mühüm qərarlar gündəmə gələcək.

Paylaşımda unudulmaz il yaşayacağı deyilən şəxslərin doğum tarixləri üç aralıq üzrə göstərilib: 20 avqust 1981 – 18 noyabr 1982, 24 sentyabr 1985 – 21 noyabr 1986 və 19 sentyabr 1989 – 27 yanvar 1991.

Astroloji şərhdə bu şəxslərin xəritələrində Saturnun və xarici planetlərin güclü təsirinin olduğu iddia edilir. Bunun onların peşə həyatını, şəxsi münasibətlərini və gələcək planlarını yenidən nəzərdən keçirməsinə, eləcə də həyat istiqamətinə təsir göstərə biləcək qərarlar qəbul etməsinə səbəb olacağı gözlənilir.

Bu proqnozlar astroloji yanaşmaya əsaslanır və elmi xarakter daşımır.