QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, rusiyalı şoumen Maksim Qalkin Bakıda keçirilən toy mərasiminə qatılıb.
Aparıcı Leyla Quliyeva məclisdən çəkdiyi fotonu paylaşıb. Görüntüdə Əməkdar artist Abbas Bağırov da yer alıb.
Quliyeva paylaşımında həmin günün çətin keçdiyini, lakin bunun əmin olmaq, sınamaq və şükür etmək üçün fürsət yaratdığını yazıb. O, Allahına, ailəsinə, dostlarına, həkimlərinə və həmkarlarına təşəkkürünü bildirib.