QafqazNews Manset.az-a istinadən xəbər verir ki, noyabrın 8-də Mədəniyyət Nazirliyinin əməkdaşları Zəfər parkına gedərək abidənin önünə gül dəstələri düzüblər.
Ziyarətdə aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri və ölkənin tanınmış mədəniyyət xadimləri də iştirak ediblər.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin altıncı ildönümü tamam olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqları azad edərək Zəfər qazanıb.
Dövlət başçısının 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə 8 noyabr Zəfər Günü elan edilib. Bu gün Azərbaycan xalqının birliyini və Vətən sevgisini təcəssüm etdirir.