QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merzin sözlərinə görə, Rusiya oktyabr ayı ərzində 50 mindən çox hərbçi itirib.

Merz bu göstəricinin ABŞ-nin Vyetnam müharibəsi zamanı verdiyi hərbi itkilərlə müqayisə oluna biləcəyini deyib. O, rəsmi Moskvanı vəziyyəti düzgün qiymətləndirməyə çağırıb.

“Rusiya cəmi bir ayda bu qədər itki verir. Buna görə də Moskva sülh vaxtının çatdığını və silahı yerə qoymalı olduğunu anlamalıdır”, – Almaniya kansleri bildirib.