QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Mingəçevirdə yaşayış binasındakı mənzillərdən birində mayor Müşfiq Əliyevin meyiti tapılıb.

Hadisə Energetiklər yaşayış massivinin Naxçıvan küçəsində baş verib. Hərbi qulluqçunun işə gəlmədiyini görən həmkarları aidiyyəti qurumlara məlumat veriblər.

Xilasetmə tədbirləri nəticəsində bağlı qapılar arxasında qalmış mənzildə onun meyiti aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.