QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Şəkidə avtomobilin vurduğu piyada aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib.

Hadisə bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində qeydə alınıb. Arif Səlimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil yol kənarında olan 58 yaşlı İlqar Musayevi vurub.

İ.Musayev xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır.