QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 23 ünvanında yaşayan sakinlər küçə boyu qanunsuz qurulan dəmir hasarın sökülməsi üçün aidiyyəti qurumlara müraciət edir. Şikayətçilər bildirir ki, onların paylı mülkiyyətində olan evin qarşısında əraziyə dəmir hasar inşa edilib.

Ramin Əhməd oğlu Ağayev və Cavid İsmayıl oğlu İsmayılov adlı vətəndaşlar Bakı Şəhər Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısına ünvanladıqları müraciətdə öz evlərinin küçə ilə üz-üzər olan hissəsinin hüquqlarını qeyd ediblər. Onlar dəmir hasarın qanunsuz qurulduğunu və sökülməsini tələb edirlər.

Şikayət zamanı vətəndaşlar müxtəlif dövlət qurumlarına müraciət etdiklərini, bildirilənlərə görə “VİALON” adlı tikinti şirkətinə icarəyə verilən ərazi üzərinə hasarın qurulduğunu öyrəndiklərini deyirlər. Lakin sakinlərə bildirilib ki, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən icarəyə verilən torpaq sahəsi ilə bağlı məhkəmə qərarları mövcuddur və həmin qərarlar etibarsız hesab edilib. Sakinlər qeyd edir ki, məhkəmə qərarları hüquqi qüvvəsini alıb, buna görə də dəmir hasardan azad olmaq onların hüququdur.

Məsələ ilə bağlı sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin başçısına müraciət edib və onları bu dəmir hasarlardan azad etməyi xahiş ediblər. Məktubda vurğulanıb ki, hüquqi qüvvəsini alan məhkəmə qərarlarının surəti müraciətə əlavə edilib.