QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, noyabrın 25-də Bakıda, Abşeron yarımadasında və ölkənin bir sıra ərazilərində küləkli hava ilə bağlı narıncı, digər bölgələrdə isə sarı xəbərdarlıq qüvvədə olacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, narıncı xəbərdarlıq Bakı və Abşeron yarımadası ilə yanaşı, Naxçıvan MR, Hacıqabul, Neftçala, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Göyçay, Naftalan, Goranboy, Daşkəsən, Şəki və Oğuz üçün elan edilib. Həmin ərazilərdə şimal-qərb küləyinin sürətinin saniyədə 20,8-28,4 metrə çatacağı gözlənilir.
Ölkənin digər bölgələrində də şimal-qərb küləyi əsəcək. Sarı xəbərdarlıq tətbiq olunan ərazilərdə küləyin sürəti saniyədə 13,9-20,7 metr olacaq.