QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Gəncədə iki xəstəxananın baş həkimi vəzifəsindən azad edilib.

Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının baş həkimi İlqar Əliyev işdən çıxarılıb. Onun Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşlarının keçirdiyi yoxlamalarda müəyyən edilən nöqsanlara görə vəzifədən kənarlaşdırıldığı ehtimal olunur.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasına tabe olan Akademik Zülfüqar Məmmədov adına 3 nömrəli xəstəxananın baş həkimi Türanə Abdullayeva da tutduğu vəzifədən azad edilib. O, bu posta iki il əvvəl təyin olunmuşdu. Abdullayevanın işdən uzaqlaşdırılmasının da TƏBİB-in aşkar etdiyi nöqsanlarla bağlı olduğu ehtimal edilir.