QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, təhlükəsizlik kəmərindən istifadə qaydası taksi sərnişinlərinə də şamil olunur. Avtomobildə kəmər bağlamayan sərnişin 30 manat cərimələnə bilər.
İnzibati Xətalar Məcəlləsinə görə, kəmər taxmadan avtomobil idarə edən sürücüyə 40 manat məbləğində cərimə tətbiq olunur. Sərnişinlər üçün məsuliyyət isə Məcəllənin 338.3-cü maddəsində nəzərdə tutulub.
Kəmərdən istifadə yol hərəkətində sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından vacibdir. Qayda şəhər daxilində qısa məsafələrə gedərkən də qüvvədədir.