QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, bloger Nicat Şakirli gənc qızın protez əl alması ilə bağlı xərclərin hamısını qarşılayıb.

Sosial şəbəkələrdə yayılan kadrlarda qızın anasının sevincdən göz yaşlarını saxlaya bilmədiyi və Nicat Şakirliyə minnətdarlığını bildirdiyi görünür.

Qeyd edək ki, 2023-cü ilin avqustunda Şakirlinin idarə etdiyi “Porsche” yük maşını ilə toqquşub. Ağır qəza nəticəsində onun dostu həyatını itirib, özü isə sağ qolunu itirib.