QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Bakının Nizami rayonunda yerləşən avtoservislərdən birində 5 min manatın oğurlanması barədə polisə məlumat verilib.
Polisin keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İ.Çobanov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, olay Babək prospektindəki avtoservisdə baş verib.
Usta iş yerinə gəldikdən sonra gündəlik geyimini çıxarıb asılqandan asıb, daha sonra iş paltarını geyinib. Bu vaxt avtomobilini servisə gətirən İ.Çobanov asılqandakı geyimin cibindən 5 min manat götürərək oradan uzaqlaşıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.