QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, noyabrın 14-də paytaxt və ölkə rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır.
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava gözlənilir. Cənub-qərb küləyi əsəcək. Gecə temperatur 7-12, gündüz isə 17-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət 60-65 faiz təşkil edəcək.
Ölkənin rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə arabir duman müşahidə olunacaq, mülayim qərb küləyi əsəcək.
Rayonlarda gecə 4-9, gündüz 17-22 dərəcə isti gözlənilir. Dağlıq ərazilərdə gecə 0-4 dərəcə şaxta, gündüz isə 8-13 dərəcə isti olacaq.