QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 22-si üçün hava proqnozunu açıqlayıb.
Bakıda və Abşeron yarımadasında buludluluğun dəyişəcəyi, günün əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi ərazilərdə yağış yağa bilər, gecəyə yaxın isə yarımadanın ayrı-ayrı hissələrində qısamüddətli intensiv yağıntı ehtimalı var. Şimal-qərb küləyi mülayim olacaq.
Paytaxt və Abşeronda temperatur gecə 10-13°, gündüz 15-18° isti təşkil edəcək. Atmosfer təzyiqinin 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcəyi, nisbi rütubətin isə 70-75 faiz olacağı bildirilir.
Ölkənin şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntı güclənə, şimşək çaxa bilər; dağlıq sahələrdə qar ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi ayrı-ayrı rayonlarda arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 6-11°, gündüz 14-18° isti olacaq. Dağlıq ərazilərdə gecə 3-8°, gündüz 8-13° isti proqnozlaşdırılır.