QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də ölkənin bir sıra bölgələrində küləkli hava şəraiti gözlənildiyindən sarı xəbərdarlıq elan edib.
Xəbərdarlığa əsasən, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Qobustan, Gəncə, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Ağdam, Ağcabədi, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Lerik və Yardımlıda qərb küləyi əsəcək. Küləyin sürətinin saniyədə 13,9-20,7 metrə çatacağı bildirilir.