QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, noyabrın 22-də Azərbaycanın bir sıra rayon və şəhərlərində küləkli hava gözlənilir. Milli Hidrometeorologiya Xidməti bununla əlaqədar sarı xəbərdarlıq yayıb.

Proqnoza əsasən, qərb küləyi Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Qobustan, Gəncə, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Ağdam, Ağcabədi, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Lerik və Yardımlıda əsəcək.

Küləyin sürətinin saniyədə 13,9-20,7 metrə çatacağı bildirilir.