Nurlan Soltanov Rəqəmsal Maliyyə Mərkəzinə direktor təyin olunub
Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzinin direktoru vəzifəsinə Nurlan Soltanov təyin edilib. O, əvvəllər nazirliyin aparatında şöbə müdiri olub.
1 dəq oxunuşMənbə: No Comment
QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Nurlan Soltanov Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzinə direktor təyin edilib.
Təyinatla bağlı müvafiq əmr imzalanıb. Soltanov bu vəzifəyə qədər Maliyyə Nazirliyi Aparatının Müasir texnologiyalar və innovasiyalar şöbəsinə rəhbərlik edib.