QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Omanın Xəsəb limanının yaxınlığında, Fars körfəzində Hindistanla əlaqəli tankerə hücum olub.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, hadisə Hörmüz boğazının girişinə çatmamış, Fars körfəzinin şərq istiqamətində hərəkət edən tankerdə baş verib. Ekipaj üzvlərindən heç biri xəsarət almayıb.

Gəminin hansı dərəcədə zədələndiyi və ətraf mühitə zərər dəyib-dəymədiyi hələ açıqlanmayıb. UKMTO bölgədən keçən gəmilərə ehtiyatlı davranmağı və şübhəli fəaliyyətlər barədə məlumat verməyi tövsiyə edib.