Pakistanın cənub-qərbində aparılan iki ayrı hərbi əməliyyat zamanı 17 silahlının məhv edildiyi, bir neçə şəxsin yaralandığı bildirilib.

Bəlucistan əyalətinin Xuzdar rayonunda, Şor Barud dağlıq zonasında həyata keçirilən əməliyyat nəticəsində 10 silahlı öldürülüb.

Eyni əyalətin Lajay bölgəsində aparılan başqa bir əməliyyatda isə 7 silahlı zərərsizləşdirilib. Təhlükəsizlik qüvvələri hər iki əməliyyat zamanı çoxlu sayda müasir tipli silah, döyüş sursatı və digər hərbi avadanlıqların ələ keçirildiyini açıqlayıb.

Yerli mənbələrə görə, silahlılara məxsus olduğu ehtimal edilən iki avtomobil və bir motosiklet də saxlanılıb, onların gizləndiyi sığınacaqlar isə dağıdılıb.

Bəlucistan uzun müddətdir ki, Pakistanın təhlükəsizlik və hərbi obyektlərinə hücumlar təşkil edən silahlı qrupların fəal olduğu regionlardan hesab olunur.