QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Parisin meri Emmanuel Qrequar gecəni “GTA VI” oynamaqla keçirdiyinə görə Şəhər Şurasının iclasına vaxtında gəlməyib.

Fransa mediasının yaydığı məlumata əsasən, Qrequar sosial şəbəkə hesabının hekayə bölməsində oyunla əlaqədar “Let’s Go!!!!” (“Getdik”) sözlərini paylaşıb.

Şuranın iclası səhər saat 9:00-da başlasa da, mer toplantıya günorta saatlarında qoşulub. Fransa mətbuatının yazdığına görə, Qrequar iclasın gedişində də mürgüləyib.