QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Cəlilabad rayonunun Göytəpə şəhərində yol hərəkəti qaydasının pozulması süni tıxaca səbəb olub.
Hadisə dünən saat 15:48 radələrində baş verib. 15-CF-331 dövlət nömrə nişanlı “VAZ” markalı avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinin zolağına çıxaraq əks istiqamətdə hərəkət edən avtomobillərin yolunu kəsib.
Şahid sürücülərdən biri bildirib: “Biz sırada dayanmışıq. O isə soldan gələrək artıq neçənci dəfədir ki, digər sürücülərə belə problem yaradır”.
Sürücülərdən biri aidiyyəti qurumlara müraciət edərək “VAZ”ın sürücüsü barəsində qanunvericiliyə uyğun tədbir görülməsini istəyib.