QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq imkanının olduğunu açıqlayıb.

Paşinyan jurnalistlərlə söhbətində bildirib ki, hər il ilin sonunda Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqı (Aİİ) və MDB çərçivəsində liderlərin görüşü təşkil olunur. Onun sözlərinə görə, bu il də belə bir toplantı keçiriləcək.

Baş nazir qeyd edib ki, Aİİ hökumət başçılarının görüşündə iştirak etmək üçün dekabrın 11-12-də Rusiyaya səfər etməyi planlaşdırır. O, həmçinin ilkin razılaşmaya əsasən, dekabrın 3-də Moskvaya işgüzar səfərə gedəcəyini, Rusiya Prezidenti ilə görüşüb danışıqlar aparacağını deyib.