QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Ermənistanın yeni Konstitusiyasının ilkin layihəsi gələn həftə yayımlanacaq. Bunu ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasında açıqlayıb.

Paşinyan bildirib ki, xalq yeni Konstitusiyanın qəbuluna qarşı çıxarsa, istefa verəcək.

Onun sözlərinə görə, Konstitusiya qəbul ediləcəyi təqdirdə baş nazir postuna namizədliyini irəli sürməyəcək və bu qərar referendumun nəticəsindən asılı olmayacaq. Paşinyan müxalifətin təklifi rədd etməsi halında onları kənarlaşdıracaqlarını da deyib.

Baş nazir əlavə edib ki, referendumun nəticəsindən asılı olmayaraq, xalq küçələrə çıxaraq onun istefasına nail ola bilər.