QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı müxalifət nümayəndələrinin replikalarına cavab verərkən əsəbiləşib.
Paşinyan XIX əsrin sonlarından etibarən bölgədə müstəmləkəçilik niyyətində olan xarici qüvvələrin erməni xalqını daim qorxu içində saxladığını deyib.
“Bu vəsvəsədən nə zaman xilas olacağımızı anlaya bilmirəm. 1870-ci illərdən başlayaraq bizi idarə etmək istəyən qüvvələr düşüncəmizi qarışdırmaq üçün durmadan ‘Türk, Türk, Türk’ deyirlər. Nəticədə bütün düşüncə sistemimiz alt-üst oldu”, – deyə o bildirib.