QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Fənərbağça” qış transfer dövrünə hazırlıq görür. İstanbul təmsilçisi heyətindəki çatışmazlıqları aradan qaldırmaq və çempionluq yarışında mövqeyini möhkəmləndirmək üçün 9 oyunçunun adını transfer siyahısına daxil edib.

Siyahının baş məşqçi Emre Belözoğlu və klub prezidenti Aziz Yıldırımın iştirakı ilə hazırlandığı, Avropanın tanınmış komandalarında forma geyinən futbolçuları da əhatə etdiyi bildirilir.

Müdafiə xəttini yeniləməyi planlaşdıran klubun əsas hədəflərindən biri “Bavariya”nın Cənubi Koreya təmsilçisi Kim Min Jedir. Rəhbərliyin yaxın zamanda Almaniya klubu ilə təmas quraraq müdafiəçiyə maraq göstərəcəyi qeyd olunur.

Yarımmüdafiə üçün nəzərdə tutulan oyunçular sırasında “Mançester Siti”də çıxış edən xorvatiyalı Mateo Kovaçiç də var. 32 yaşlı futbolçunun müqaviləsi mövsüm başa çatanda bitir. İngiltərə mediasının yazdığına görə, o, yayadək gözləmədən komandadan ayrılmağa müsbət baxır. “Fənərbağça” keçid üçün əsas namizədlərdən biri sayılır.

Hücum xəttində klubun diqqət mərkəzində “Real Madrid”in braziliyalı istedadı Endrikdir. İddialara əsasən, 20 yaşlı futbolçu daha çox oyun imkanına sahib olmaq üçün yanvarda icarə əsasında komandadan ayrılmaq istəyir. Ona “Fənərbağça” ilə yanaşı, bir neçə Avropa klubu da maraq göstərir.

Nelson Semedonun mümkün gedişini nəzərə alan “sarı-lacivərdlilər” sağ cinah müdafiəçisi də axtarır. Namizədlərdən biri klubun yetirməsi, 23 yaşlı Arda Okan Kurtulandır. Onun yenidən İstanbul klubuna qayıtmağa müsbət yanaşdığı bildirilir.

Transfer siyahısında Hakan Çalhanoğlu, Danilo, Andre, Ayari və Avomun da adı çəkilir. Bu futbolçularla bağlı hələlik rəsmi razılaşma elan olunmayıb.