QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsinin yaxın günlərdə dərc ediləcəyini bildirib.

Paşinyanın sözlərinə görə, sənəddə müxalifət üçün müstəqil orqanlarda kvotalar nəzərdə tutulub.

O qeyd edib ki, müxalifətin Ali Məhkəmədə, Mərkəzi Bankın Şurasında, Mərkəzi Seçki Komissiyasında, Hesablama Palatasında və Baş Prokuror Şurasında təmsilçilik kvotası olacaq.