QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Vyetnama səfərini səbirsizliklə gözlədiyini bildirib və bunun iki ölkə arasındakı tərəfdaşlığı inkişaf etdirəcəyinə əminliyini ifadə edib.
O, Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi geniş müsahibədə ölkələr arasında əməkdaşlığın imkanlarından danışıb. Prezidentin sözlərinə görə, Vyetnam Cənub-Şərqi Asiyada sürətlə inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazın əsas logistika və enerji mərkəzlərindən biridir.
İlham Əliyev qeyd edib ki, birgə səylər yeni bazarlara çıxışa, ortaq layihələrin icrasına, biznes və investisiya imkanlarının genişləndirilməsinə şərait yarada bilər. O, əməkdaşlığın hər iki ölkəyə və xalqa əhəmiyyətli fayda verəcək böyük quruculuq potensialı daşıdığını vurğulayıb.
Səfərin dəqiq tarixi açıqlanmayıb.