QafqazNews Manset.az-a istinadən xəbər verir ki, COP31 sammiti çərçivəsində Türkiyəyə gedən Ermənistanın baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlə söhbəti zamanı diqqət çəkib.
Jurnalist Paşinyan üçün Türkiyənin tanınmış müğənnisi Tarkandan mahnı səsləndirib. Baş nazir sənətçini tanıdığını söyləyib. Söhbət əsnasında onlar əlləri ilə ürək işarəsi də göstəriblər.
Jurnalist Paşinyana “İndi biz qardaş olduq. Türkiyə və Ermənistan əlaqələrini inkişaf etdirmək üçün gözəl addımlar atırıq. Bundan çox məmnunuq. Ümid edirəm ki, gələcəkdə Ermənistan, Azərbaycan və Türkiyə olaraq regionumuz üçün ortaq işlər görə bilərik. Zənnimcə, bu, xalqlarımız üçün çox gözəl olar. Siz bu barədə nə düşünürsünüz?” deyə müraciət edib.
Paşinyan cavabında əməkdaşlıq, sülh və rifah üçün səyləri davam etdirməyin əhəmiyyətini qeyd edib: “Bəli, biz əməkdaşlıq, sülh və rifah naminə səy göstərməliyik. Düşünürəm ki, hazırda doğru yoldayıq”.