QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyəli müğənni Berdan Mardini ikinci həyat yoldaşı Dilara Talaydan boşandıqdan sonra ayrılığın səbəbi barədə danışıb. O, münasibətlərində ortaq dil tapa bilmədiklərini bildirib.
Mardini “Snob Magazin”ə açıqlamasında Talayın yaxşı insan olduğunu söyləyib, lakin cütlüyün yola getmədiyini qeyd edib.
Müğənni məhkəmədə keçmiş həyat yoldaşı ilə əl-ələ olması haqda yayılan iddiaya da münasibət bildirib. “Heç kimlə düşmən deyiləm, amma məhkəməyə əl-ələ girib, elə də çıxmaram”, – deyə Mardini vurğulayıb.
Berdan Mardini 2021-ci ildə Fatoş Yelilerlə boşandıqdan sonra Dilara Talayla ailə həyatı qurub. İngilis dili müəllimi olan Talayla müğənninin toyu 10 aprel 2025-ci ildə İstanbulun Başakşehir rayonunda keçirilib. Sonradan yaranan problemlər cütlüyün ayrılması ilə nəticələnib.
Tərəflər Silivri Ədliyyəsində baş tutan məhkəmə iclasında razılaşaraq boşanıblar. Ayrılıq barədə məlumat noyabrın 5-də mətbuatda yayılıb. Mardini müsahibəsində yaxın zamanda Yaponiyaya gedəcəyini də bildirib.