QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri sərhəddən təxminən 2 500 kilometr məsafədə yerləşən Rusiyanın Omsk neft emalı zavodunu pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
“Qazprom Neft”ə məxsus müəssisənin illik emal gücü 22 milyon tondur. Zavod Rusiyanın ən böyük neft emalı müəssisələri sırasındadır. Zərbədən sonra ərazidə iki saatdan artıq partlayışlar olub, daha sonra genişmiqyaslı yanğın başlayıb.
Omsk vilayətinin qubernatoru Vitali Xotsenko bölgəyə Ukrayna PUA-larının hücum etdiyini təsdiqləyib. Uzun mənzilli dronlardan istifadə olunan əməliyyat Rusiya ordusunun yanacaq təminatı və enerji infrastrukturuna vurulan növbəti ciddi zərbə kimi qiymətləndirilir.