QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşündə xarici hərbi kontingentlərin Ukraynada yerləşdirilməsini müharibənin davam etməsi kimi qiymətləndirib.

Putinin sözlərinə görə, Avropa dövlətləri Moskvanın Ukraynada xarici qoşunların olmasını qəbulolunmaz sayan mövqeyindən xəbərdardır.

Rusiya lideri “boz zonalar”ın saxlanmasının əldə ediləcək razılaşmaları dayanıqsız edəcəyi və davamlı sülhə maneə yaradacağı barədə də xəbərdarlıq edib.