QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiyanın ilkin layihəsinin gələn həftə ictimaiyyətə təqdim ediləcəyini bildirib. O, bu barədə media nümayəndələri ilə söhbətində danışıb.

Paşinyanın sözlərinə görə, yeni konstitusiya qəbul olunarsa, referendumun nəticəsindən asılı olmayaraq baş nazir vəzifəsinə namizədliyini irəli sürməyəcək.

O, müxalifətin bu təkliflə razılaşmaması halında onların uzaqlaşdırılacağını deyib. Paşinyan əlavə edib ki, vətəndaşlar referendumun nəticəsindən asılı olmayaraq küçələrə çıxaraq onun istefasını tələb edə bilərlər.