QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə ona xoş sözlər göndərən ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
İlham Əliyevin “X” hesabında yayımlanan mesajda dövlət başçısı minnətdarlığını bu sözlərlə ifadə edib: “Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin işə salınması münasibətilə göndərdiyiniz mesajda mənə ünvanladığınız xoş sözlərə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm”.