QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin Krım körpüsünə Ukrayna zərbələrinə cavab veriləcəyi barədə bəyanatı Böyük Britaniyada narahatlıq doğurub.
Britaniyanın “The Mirror” qəzeti yazır ki, Putin bu fikirləri APEC sammiti çərçivəsində Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Trampla görüşündən dərhal sonra təşkil olunan mətbuat konfransında səsləndirib. O, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına görə liderlərin məsuliyyət daşıdığını vurğulayıb.
Nəşrin materialında Rusiya prezidentinin Krım körpüsünü yalnız mülki məqsədlərə xidmət edən infrastruktur obyekti kimi xarakterizə etdiyi, oradan hərbi texnika və sursat daşınmadığını bildirdiyi qeyd olunub.
Putin noyabrın 19-da Moskvanın Ukrayna Silahlı Qüvvələrinin körpüyə hücumlarına qarşılıq verəcəyini və zədələnmiş obyektin təmir ediləcəyini açıqlayıb. O, həmçinin daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə müəyyən sahələrdə atəşkəs imkanının müzakirə edildiyini deyib. Dövlət başçısının sözlərinə görə, hücumdan sonra Rusiya Kiyevlə belə razılaşmalara getməkdən imtina edib.