QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Qazaxda bıçaqlanan 1993-cü il təvəllüdlü Xanlar Vəkilov xəstəxanaya yerləşdirilib. O, rayon sakinidir.

Məlumata görə, Vəkilov mübahisə zəminində həmyerlisi olan yeniyetmənin bıçaq zərbəsinə məruz qalıb. Hadisədə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bıçaqlanan şəxsin Xalq şairi Səməd Vurğunun əmisi nəvəsi olduğu bildirilir. Fakt araşdırılır.