QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının birliyini, milli iradəsini və qəhrəmanlığını təcəssüm etdirdiyini bildirib.
Nazir bu fikirləri “X” sosial şəbəkəsindəki hesabında paylaşıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və Ordunun şücaəti nəticəsində tarixi ədalətin bərpa olunduğunu, torpaqların işğaldan azad edildiyini qeyd edib.
Nəbiyev qələbəni yaşadan şəhidlərin xatirəsini ehtiramla yad etdiyini və qazilərə minnətdarlığını çatdırıb. Paylaşımını “Zəfər Günümüz mübarək!” sözləri ilə tamamlayıb.